Icma.az, Bakivaxti portalına istinadən məlumat yayır.
Azərbaycanın 17 yaşadək qadın futbolçulardan ibarət millisinin Avropa çempionatının seçmə mərhələsi üçün heyəti müəyyənləşib.
Bakıvaxtı.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda oktyabrın 18-dən 21-dək Bakıda təlim-məşq toplanışında olacaq.
Yığma oktyabrın 22-də Avropa çempionatının seçmə mərhələsinin oyunları üçün Moldovanın paytaxtı Kişineuya yollanacaq.
Yığmaya ümumilikdə 18 futbolçu dəvət alıb.
Nr.Ad / SoyadKlub1Aydan AbdullayevaSabah2İradə ƏsədliŞəfa3Aylin QuluzadəTəhsil 8 İOEUGİM4Məryəm SəmədliSabah5Aysu ƏsədovaSabah6Aylin KərimovaSabah7Ayan AbdiyevaLiman8Şəhanə MirzəliyevaLiman9Suel PolikarpovaNeftçi10Sara SəlimovaNeftçi11Naidə MəmmədovaDirçəliş12Xədicə RəhimovaNeftçi13Mehri MəmmədzadəBaku Juniors14Fatimə KərimliSabah15Tərgül QəniyevaSabah16Yasmin BəbirovaTəhsil 8 İOEUGİM17Zəhra İsmayılovaŞəfa18Aylin AzadovaSabah