Millimizin Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri bəlli olub

05.12.2024

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Bu gün 19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının 2025/26 mövsümü üzrə seçmə mərhələsinin püşkü atılıb.

Oxu.Az xəbər verir ki, tədbir İsveçrənin Nyon şəhərində baş tutub.

Püşkatma mərasimində Azərbaycan millisinin rəqibləri müəyyənləşiblər. 13-cü qrupda yer alan U-19 Çexiya, Şimali İrlandiya və Malta yığmaları ilə mübarizə aparacaq.

Seçmə mərhələnin oyunları 2025-ci ilin sentyabr, oktyabr və ya noyabr aylarında keçiriləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью