Millimizin baş məşqçi postuna əsas namizəd MƏLUM OLDU

10.02.2025

Icma.az, Bizim media portalına istinadən məlumat yayır.

Futbol üzrə U-21 millisinin baş məşqçi postuna əsas namizəd bəlli olub. 
Bizim.Media xəbər verir ki, Zaur Həşimov yığmanın yeni baş məşqçisi olacaq. 
Samir Əliyevin gedişindən sonra boş qalan vəzifənin məhz Həşimova tapşırılacağı gözlənilir. 
Qeyd edək ki, Zaur Həşimov hazırda “Zirə”nin futbol akademiyasında çalışır. Onun hətta milli komandamızın baş məşqçisi Fernandu Santuşa köməkçi təyin ediləcəyi gözlənilsə də, bu baş verməyib.
Rəşad Rafiqoğlu, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью