Millimizin baş məşqçisi kubokun finalında kimi daha şanslı sayır?

11.05.2025

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Təbii ki, finalda şanslar həmişə bərabər olur".

Bu sözləri Sport24.az-a açıqlamasında 17 yaşadək futbolçulardan ibarət (2009-cu il təvəllüdlü) Azərbaycan millisinin baş məşqçisi Aqil Nəbiyev deyib. 

Mütəxəssis "Sabah" və "Qarabağ" komandaları arasında keçiriləcək Azərbaycan Kubokunun final oyunu ilə bağlı fikirlərini bölüşüb:

"Sabah" komandası tam olaraq bu matça köklənib. Avrokuboklara getmək üçün mütləq bu titula sahib çıxmalıdırlar. Mən şansları bərabər sayıram. Kim güclüsürsə, qələbə qazansın". 

Qeyd edək ki, final oyunu mayın 31-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью