Millimizin baş məşqçisi məğlubiyyəti belə şərh etdi

13.11.2024

futbolpress-az saytına istinadən Icma.az xəbər verir.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi İlham Yadullayev Avropa çempionatının seçmə mərhələsində 6-cı qrupun I turu çərçivəsində Macarıstan yığması (0:4) ilə keçirilən oyundan sonra fikirlərini bildirib.

Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb: “Rəqib güclü komanda idi. Buna baxmayaraq, oyuna çox yaxşı hazırlaşmışdıq. Əsas problemlərdən biri ilk dəqiqələrdə ardıcıl iki qol buraxmağımız oldu. Bu, matçın gedişatına da təsir göstərdi. Oyunu çevirməyə, hücumlarda çox iştirak etməyə çalışdıq. Ancaq həmin anlarda üçüncü qolu buraxdıq. İkinci hissədə üstünlük bizim tərəfimizdə idi, qol imkanları da yaradırdıq. Təəssüf ki, rəqib əks-hücumdan dördüncü qolu vurdu. Ümumilikdə uşaqlar yaxşı oyun nümayiş etdirməyə çalışdılar. Macarıstanla görüşü yaddan çıxarıb, qarşıdakı iki matça hazırlaşacağıq. Artıq bütün diqqətimizi Yunanıstanla oyuna yönəltmişik. Həmin qarşılaşmada uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, U-17 millimizin Yunanıstanla oyunu noyabrın 16-da, Bakı vaxtı ilə saat 14:00-da Rumıniyanın “Tunari” stadionunda keçiriləcək.

Əsas xəbərlər, Ölkə futbolu Azərbaycan – Estoniya: hakimlər bilindi

13 Noyabr 2024, 10:21

Əsas xəbərlər, Manşet, PRESSinq COP29 və “FIFA Elxan” məsələsi

13 Noyabr 2024, 8:04

Əsas xəbərlər, Ölkə futbolu “Belə turnirdə qazanılacaq hər xal önəmlidir”

12 Noyabr 2024, 11:44

Əsas xəbərlər, Ölkə futbolu Millinin baş məşqçisi: “Bura elə-belə gəlməmişik”

11 Noyabr 2024, 14:03

Əsas xəbərlər, Ölkə futbolu AFFA-nın vitse-prezidenti “Roma”nın oyununda olacaq

10 Noyabr 2024, 14:57

Əsas xəbərlər, Ölkə futbolu Santuş: “Heç nə bizi yolumuzdan geri çəkə bilməz”

8 Noyabr 2024, 12:41

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью