Icma.az, Idman.biz saytına istinadən bildirir. Kişi basketbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Tahir Baxşıyevin Off
Komandanın dünya çempionatının ilkin təsnifat mərhələsi çərçivəsində Kosovo və İrlandiya ilə oyunlarına hazırlığını necə qiymətləndirirsiniz
- Hazırlıq çox yaxşı keçdi. Sevindirici haldır ki, heyətdə zədə və ya digər səbəbdən itki yoxdur.
Azərbaycan Basketbol Federsiyasının rəhbərliyi təlim-məşq toplanışının yaxşı keçməsi üçün bütün şəraiti yaratmışdı.
Buna görə federasiya rəhbərliyinə təşəkkürümü bildirirəm. Uşaqların əhval-ruhiyyəsi yüksəkdir.
- Kosovo yığması haqqında kifayət qədər məlumat toplaya bilmisinizmi? Rəqibdə ehtiyat etməli olduğumuz cəhətlər hansılardır?
- Bəli, Kosovo komandası barədə əlimizdə məlumatlar yetərincədir. Videolarına baxmışıq.
Onların heyətində ustalıq səviyyəsi yüksək olan basketbolçular var. Şuta üstünlük verən oyunçulara malikdirlər.