Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Minifutbol üzrə Azərbaycan milli komandası Monteneqronu məğlub edərək dünya çempionatının finalına yüksəlib.
Sportal.az xəbər verir ki, yığmamızın baş məşqçisi Elşad Quliyev oyundan sonra fikirlərini bildirib:
- Xalqımızı təbrik edirəm. Möhtəşəm qələbədir. Dünya çempionatının finalındayıq. Bilmirəm necə hisslərdir. Azarkeşlər bizə böyük dəstək oldular. Final oynayacağıq. Bundan xoşbəxt gün ola bilməz.
- Demək olar ki, finalda hansı rəqib olsa da, biz çempionuq?
- Bunu finaldan sonra danışarıq. Bu gün finala yüksəlməyin ləzzətini çıxarmaq lazımdır.
- Finaldakı potensial rəqiblərin oyununu izləyəcəksiz?
- Bəli. Ümidimiz, arzumuz dünya çempionu olmaqdır.
Elçin Əlixan
saytlarin hazirlanmasi