Icma.az, Sportal.az portalına istinadən məlumatı açıqlayır.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Çexiya ilə oyundan əvvəl "Dalğa Arena"da baş məşqçinin iştirakı ilə brifinq və açıq məşqi təşkil olunacaq.
Sportal.az xəbər verir ki, sentyabrın 24-də saat 16:15-də U-21 yığmamızın baş məşqçisi Rəşad Eyyubovun iştirakı ilə brifinq keçiriləcək. Saat 16:30-da start götürəcək məşqin ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olacaq.
Qeyd edək ki, Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsində sentyabrın 25-də Çexiya komandası ilə üz-üzə gələcək. "Əlincə Arena"da keçiriləcək və saat 17:45-də start götürəcək qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.
saytlarin hazirlanmasi