Millimizin basketbolçusu “Olimpiakos”da

19.07.2025

Icma.az xəbər verir, Idman.biz saytına əsaslanaraq.

Yunanıstanın “Olimpiakos” komandası heyətini yeni basketbolçu ilə gücləndirib.

İdman.biz xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Azərbaycan millisinin Amerikadan olan oyunçusu Donta Hall Yunanıstan təmsilçisinə transfer olunub.

Onunla 3 illik müqavilə bağlanıb. Basketbolçu son olaraq İspaniyanın “Baskonia” klubunda oynayıb.

Qeyd edək ki, Donta Halla 2023-cü ildə Azərbaycan vətəndaşlığı verilib.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью