Millimizin Danimarka ilə oyunlarının saatı məlum oldu

13.01.2026

Icma.az, Qol.az portalına istinadən məlumat verir.

Millimizin Danimarka ilə oyunlarının saatı məlum oldu

Azərbaycan futzal millisi yanvarın 22-də və 24-də Bakı İdman Sarayında Danimarka yığması ilə yoldaşlıq oyunları keçirəcək.

QOL.az Azərbaycan Futzal Federasiyasının saytına istinadən xəbər verir ki, artıq oyunların başlama saatı dəqiqləşib. Komandalar yanvarın 22-də saat 19:00-da meydana çıxacaqlar. İki gün sonra keçiriləcək görüşün start fiti saat 16:00-da səsləndiriləcək.

22 yanvar

19:00. Azərbaycan – Danimarka

Bakı İdman Sarayı

24 yanvar

16:00. Azərbaycan – Danimarka

Bakı İdman Sarayı

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью