Millimizin dünya çempionatındakı oyunlarının vaxtı açıqlandı

02.05.2025

Icma.az, 525.az portalına istinadən məlumat yayır.

Minifutbol üzrə Azərbaycan millisinin dünya çempionatında keçirəcəyi oyunların vaxtı dəqiqləşib. 

525.az xəbər verir ki, bu barədə Azərbaycan Minifutbol Federasiyasının mətbuat xidməti açıqlayıb. 

Komandamızın Bakıdakı mundialın qrup mərhələsində keçirəcəyi oyunların başlama saatları bəlli olub. Mayın 21-də Bəhreynə qarşı baş tutacaq ilk görüş saat 20:30-da başlayacaq.

İki gün sonra Sloveniya ilə üz-üzə gələcək millimiz saat 20:45-də meydana çıxacaq. Mayın 25-də keçiriləcək Azərbaycan – Mavritaniya qarşılaşmasının start fit saat 19:30-da veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью