Millimizin finala çıxdığı matçın icmalı Video

04.06.2026

Icma.az, Yeniavaz portalına istinadən məlumat yayır.


Xəbər verdiyimiz kimi, minifutbol üzrə Azərbaycan millisi Slovakiyada keçirilən Avropa çempionatında Serbiyanı məğlub edib və finala vəsiqə qazanıb.
Yeniavaz.com
xəbər verir ki, “Tipos Arena”da keçirilən qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə bitib.
Penaltilər seriyasında isə rəqibini 1:3 hesabı ilə məğlub edən millimiz adını finala yazdırıb.
Sözügedən görüşün icmalını təqdim edirik:

Qeyd edək ki, final qarşılaşması bu gün, iyunun 4-də “Tipos Arena”da baş tutacaq. Bakı vaxtı ilə saat 22:30-da start götürəcək həlledici mərhələdə Azərbaycan millisi Ukrayna ilə qarşılaşacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью