Millimizin forvardı 6 turdan sonra meydana döndü

14.12.2024

sport24.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Millimizin hücumçusu Renat Dadaşov zədədən sonra yaşıl meydanlara qayıdıb.  Sport24.az xəbər verir ki, 25 yaşlı futbolçu 6 turluq fasilədən sonra "Ankaragücü"nün heyətində meydana çıxıb.

Dadaşov Türkiyə 1-ci Liqasının 16-cı turu çərçivəsində "Manisa"ya qarşı keçirilən matçda forma geyib.

Görüşə ehtiyatdan başlayan Dadaşov 82-ci dəqiqədə meydana daxil olub. Oyun isə qonaqların qələbəsi ilə yekunlaşıb - 0:1.

Qeyd edək ki, aktivində 23 xal olan paytaxt təmsilçisi turnir cədvəlində 6-cı yerdədi. "Manisa" isə 20 xalla 15-ci pillədə qərarlaşıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью