Millimizin futbolçuları fransalı oyunçuların formasını aldı Video

17.11.2025

Icma.az bildirir, Qafqazinfo saytına əsaslanaraq.

DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində ötən gün Fransaya 1:3 hesabı ilə uduzan Azərbaycan yığmasının futbolçuları qarşılaşmadan sonra rəqib oyunçularla formalarını dəyişib. 

“Qafqazinfo” xəbər verir ki, final fitindən sonra millimizin müdafiəçisi Qismət Alıyev Uqo Ekitikedən, Anton Krivotsyuk Bredli Barkoladan, Abbas Hüseynov isə Lukas Ernandesdən formasını alıb. 

Komandamızın qapıçısı Aydın Bayramov isə  Luka Şevalyenin köynəyini istəyib. 

Onların bu hərəkəti sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью