Millimizin futbolçusu ilə bağlı cinayət işi açıldı

10.11.2025

Icma.az bildirir, Axar.az portalına istinadən.

Azərbaycan millisinin futbolçusu Mert Çelik mərc oyunlarında iştirakda ittiham olunur.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, hazırda “Sivasspor”un şərəfini qoruyan futbolçunun adı Türkiyə Futbol Federasiyasının mərc oyunlarında iştiraka görə Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərdiyi siyahıda var.

Çelik barəsində cinayət işi açılıb.

Qeyd edək ki, Türkiyə Futbol Federasiyası (TFF) mərc oyunlarında iştiraka görə 1024 futbolçunun adını Peşəkar Futbol İntizam Komitəsinə (PFDK) göndərib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью