Millimizin futbolçusu yeni komandasında debüt etdi

22.02.2025

sport24.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ukrayna Premyer Liqasında 18-ci tura start verilib. Sport24.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Emil Mustafayevin qışda transfer olunduğu "Çernomorets" səfərdə "Kolos"la qarşılaşıb.

Meydana start heyətində çıxan Mustafayev bununla da yeni klubunda debüt edib.
23 yaşlı futbolçumuzun "Çernomorets"də debütu uğurlu alınıb və komandası səfərdə əzmkar qələbə qazanıb - 2:1.

Qeyd edək ki, Emil Mustafayev ayın əvvəlində "Polessye"dən "Çernomorets"ə keçib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью