Millimizin futbolçusu zədələndi

16.08.2025

Icma.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Neftçi”nin və Azərbaycan millisinin futbolçusu Elvin Bədəlov zədələnib.

Globalinfo.az xəbər verir ki, 30 yaşlı müdafiəçi “Şamaxı”ya qarşı Azərbaycan Premyer Liqasının ilk tur matçının 71-ci dəqiqəsində rəqiblə top uğrunda mübarizə nəticəsində xəsarət alıb.

Oyuna davam edə bilməyən Bədəlov meydanı tərk etməli olub. Onu Falaye Sako əvəzləyib.

Qeyd edək ki, hazırda hesab bərabərdir – 1:1.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью