Millimizin futbolçusuna Polşadan təklif Foto

27.11.2026

Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Polşanın "Katovitse" klubu "Neftçi"nin futbolçusu Rüfət Abbasovu transfer etmək istəyir.

"AzPolitika" Oxu.Az-a istinadla xəbər verir ki, 21 yaşlı azərbaycanlı müdafiəçi qış transfer pəncərəsində komandanın heyətinə cəlb olunacaq namizədlər arasındadır.

"Katovitse" klubu futbolçuya artıq üçillik müqavilə təklif edib.

Xatırladaq ki, sol cinah müdafiəçisi mövsümün əvvəlində "Şamaxı"dan "Neftçi"yə keçib. O, paytaxt klubunda 14 oyuna 1 qol vurub, 7 məhsuldar ötürmə verib. Futbolçunun "Neftçi" ilə müqaviləsi 2029-cu il iyunun 30-dək qüvvədədir.

Qeyd edək ki, "Transfermarkt" portalı 21 yaşlı futbolçunun bazar dəyərini 1.2 milyon avro qiymətləndirir. R.Abbasov Azərbaycan millisinin heyətində yeddi oyun keçirib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью