Millimizin heyətində dəyişiklik edildi İdmanXəbər

25.11.2024

Idmanxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanın 18 yaşadək futbolçulardan ibarət millisinin heyətində dəyişiklik edilib.

İdmanxeber.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, Murad Məmmədov (“Neftçi”) və Şahismayıl Cəfərli (“Qarabağ”) zədə səbəbindən bu gün başlayan təlim-məşq toplanışına qatılmayıblar.

Onların əvəzinə İbrahim Babayev (“Zirə”) və İsa Hüseynov (“Şamaxı”) komandaya qoşulublar.

Qeyd edək ki, U-18 dekabrın 1-dək Qəbələdə təlim-məşq toplanışı keçəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью