Millimizin heyətində dəyişiklik, Sabah ın futbolçusunun əvəzinə...

16.03.2025

Icma.az, Sportal.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisinin heyətində dəyişiklik edilib.

Sportal.az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, “Sabah”ın yarımmüdafiəçisi İbrahim Xəlilov zədələndiyi üçün onun yerinə “Qarabağ”ın üzvü Kənan İsmayılov milliyə dəvət olunub.

Qeyd edək ki, U-17 martın 17-dən 19-dək Bakıda, 20-dən 27-dək Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışı keçəcək. Komanda martın 23-də və 26-da Belarusun müvafiq yaş qrupundan ibarət kollektivi ilə iki yoxlama görüşü keçirəcək.

saytlarin hazirlanmasi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью