Millimizin ilk səfəri

04.04.2025

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, yığmamız Millətlər Liqasında ikinci matçına çıxacaq.

C Liqasının 4-cü qrupunda yer alan Siyasət Əsgərovun yetirmələri Litva yığmasının qonağı olacaq. Bu, komandamızın ilk səfər sınağı olacaq. Matç Vilnüsdəki “Jalgiris” stadionunda təşkil olunacaq.

Qeyd edək ki, yığmamız turnirdəki ilk oyununda evdə Monteneqro ilə qolsuz heç-heçə edib.

Millətlər Liqası
C Liqası, 4-cü qrup
4 aprel
19:30. Litva - Azərbaycan
Baş hakim:
Marina Zehner (Avstriya)
Vilnüs. “Jalgiris” stadionu

1

Monteneqro

2

1

1

0

3-1

4

2

Azərbaycan

1

0

1

0

0-0

1

3

Litva

1

0

0

1

1-3

0

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью