Millimizin inkişaf Kubokunda ilk oyunu FOTO

17.02.2025

Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.

17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Belarusun paytaxtı Minskdə təşkil olunan İnkişaf Kubokunda ilk oyununu keçirib.

İdman.biz xəbər verir ki, U-17 Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Görüş Rusiya seçməsinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-17 turnir çərçivəsində fevralın 17-də, Bakı vaxtı ilə saat 12:00-da İran yığması ilə, fevralın 19-da isə saat 14:20-də Qazaxıstan kollektivi ilə üz-üzə gələcək.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью