Millimizin İsveç yığması ilə növbəti sınağı

19.11.2024

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasında növbəti oyununa çıxacaq.

Modern.az-ın məlumatına görə, millimiz VI turda İsveçin qonağı olacaq.

Solna şəhərindəki “Strouberri Arena”da keçiriləcək matç Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

Görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.

Bu yığmalar arasındakı ilk oyun millimizin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb. 5 turdan sonra 1 xalı olan Azərbaycan yığması qrupda sonuncu, İsveç isə 13 xalla birincidir. 

UEFA Millətlər Liqası
C liqası, VI tur
19 noyabr

23:45. Azərbaycan - İsveç

Baş hakim: Pavel Raçkovski (Polşa)

“Strouberri Arena”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью