Millimizin kapitanı: Hər günüm necə keçirsə, bu gün də eynidir

08.03.2025

sport24.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Təbrikiniz üçün təşəkkür edirəm. Sizin vasitənizlə başda Şəhid anaları, bacıları olmaqla bütün xanımları təbrik edirəm".

Bu sözləri Sport24.az-a açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan millisinin futbolçusu Sevinc Cəfərzadə deyib.

Yığmamızın kapitanı 8 Mart - Beynəlxalq Qadınlar Gününü adi gün olduğu kimi qeyd etdiyini bildirib:

"Bu günlər həm də Ramazan ayıdır. Allah hərkəsin tutduğu orucu qəbul etsin. Hal-hazırda məşqdən çıxmışam, evə gedib dincələcəm. İftardan sonra gecə saatları olsa belə, fitness zala gedib öz üzərimdə işləyəcəm. Dəyişən heç nə yoxdur. Hər günüm necə keçirsə, bu gün də eynidir". (gülür)

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью