Millimizin kapitanı Macarıstan Kubokunun finalına yüksəldi

10.02.2025

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Ayşən Abduləzimova Macarıstan Kubokunun finalına yüksəlib.

Fanat.Az xəbər verir ki, onun heyətində olduğu "Vasas Obuda" yarımfinalda "Fatum" klubu ilə qarşılaşıb. 

İlk görüşdə 3:1 hesabı ilə qalib gələn voleybolçumuzun komandası cavab matçına "quru hesab"lı qələbə qazanıblar - 3:0. 

Beləliklə, "Vasas Obuda" Macarsıtan kubokunun finalına yüksəlib. Millimizin kapitanı bu görüşdə 5 xal qazanıb. 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью