Millimizin Kosovo sınağı

20.02.2025

Idman.biz saytına istinadən Icma.az xəbər verir.

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək.

İdman.biz xəbər verir ki, yığmamız DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsində son səfər matçına çıxacaq.

Tahir Baxşıyevin yetirmələri Bakıda məğlub etdikləri Kosovonun qonağı olacaq. Millimiz turnirdə 2-ci qələbəsini qazanmaq üçün mübarizə aparacaq.

Qeyd edək ki, yığmamız seçmə mərhələdə son oyununu fevralın 23-də Bakıda İrlandiyaya qarşı keçirəcək.

DÇ-2027-nin Avropa zonası üzrə 1-ci seçmə mərhələsi
A qrupu, V tur
20 fevral

22:30. Kosovo – Azərbaycan
Hakimlər: Stilianos Simeonidis (Yunanıstan), Mehmet Şahin (Türkiyə), Mladen Luçiç (Monteneqro)
Priştina. Gənclər və İdman Sarayı

1

İsveçrə

4

4

0

318-214

8

2

İrlandiya

4

3

1

321-321

6

3

Azərbaycan

4

1

3

262-325

5

4

Kosovo

4

1

3

288-329

5

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью