Millimizin matçına polşalı hakimlər təyin edildi İdmanXəbər

16.11.2024

Icma.az, Idmanxeber.az portalına istinadən məlumat verir.

Milli komandamızın UEFA Millətlər Liqasının C Divizionunda səfərdə İsveç yığması ilə keçirəcəyi VI tur oyununun hakim təyinatları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, Solna şəhərindəki “Friends Arena”da təşkil olunacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Pavel Raçkovski olacaq. Ona yan xətt hakimləri Radoslav Seyka və Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Voytsex Mits yerinə yetirəcək.

Noyabrın 19-da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью