Millimizin Millətlər Liqasındakı rəqibləri müəyyənləşdi İdmanXəbər

07.11.2024

Idmanxeber.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Qadın futbolçulardan ibarət milli komandalar arasında UEFA Millətlər Liqasının 2025-ci il mövsümünün püşkü atılıb.

İdmanxeber.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil edilən püşkatmanın nəticəsinə görə C liqasında mübarizə aparacaq Azərbaycan millisinin rəqibləri də müəyyənləşib.

Püşk zamanı birinci səbətdə yer alan millimiz 4-cü qrupda Monteneqro və Litvaya rəqib olub.

Qeyd edək ki, Millətlər Liqasında yeni mövsümə 2025-ci ilin fevralında start veriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью