Icma.az xəbər verir, Apasport saytına əsaslanaraq.
Azərbaycanın qadın və kişilərdən ibarət voleybol milliləri Avropa Liqasında növbəti oyunlarını bu gün keçirəcəklər.
Apasport.az xəbər verir ki, qadınlardan ibarət komanda Şimali Makedoniya ilə üz-üzə gələcək.
İspaniyada təşkil olunacaq qarşılaşma Bakı vaxtı saat 20:30-da start götürəcək. Azərbaycan millisi 3 xalla 11-ci, hazırda xalı olmayan Şimali Makedoniya 23-cü pillədə qərarlaşıb.
Kişilərdən ibarət kollektiv isə İspaniya seçməsi ilə münasibətlərə aydınlıq gətirəcək. Rumıniyadakı oyun Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. İspanlar 6 xalla 8-ci, əvvəlki matçlarda uduzan Azərbaycan yığması 24-cü yerdədir.
Millimiz İsveçrəyə məğlub oldu - YENİLƏNİB Millimiz Yunanıstanla bacarmadı - YENİLƏNİB 12 yaşadək uşaqlar arasında “Mini Volley” festivalı keçirilib Avropa Liqası: Millimiz İsveçə məğlub oldu Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin yekun heyəti