Millimizin oyunu ertələndi RƏSMİ

21.02.2025

Icma.az bildirir, Fanat saytına əsaslanaraq.

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində Monteneqro yığması ilə oyunu qeyri-sabit hava şəraiti ilə əlaqədar ertələnib.

Fanat.Az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, oyun öncədən nəzərdə tutulduğu kimi, saat 15:00-da başlamayacaq. Baş hakim vəziyyətə yerində baxış keçirdikdən sonra matçın keçirilib-keçirilməyəcəyi ilə bağlı qərar verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью