Millimizin oyunun məkanı və saatı müəyyənləşib

12.05.2025

sport24.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın qadınlardan ibarət yığmasının Millətlər Liqasının qrup mərhələsində Litvaya qarşı keçirəcəyi matçın saatı və yeri müəyyənləşib. Sport24.az xəbər verir ki, oyun mayın 30-da Bakıdakı "Dalğa Arena"da təşkil olunacaq. Görüş saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi C4 qrupunda mübarizə aparır. Hazırda turnir cədvəlində Monteneqro 5 xalla 1-ci (3 oyun), eyni xala malik Azərbaycan 2-ci (3 oyun), xalı olmayan Litva sə 3-cüdür (2 oyun). Qrupun qalibi B divizionuna yüksələcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью