Millimizin oyununda qazaxıstanlı hakimlər

11.10.2025

Qol.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan U-21 millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Şotlandiya ilə oyunu üçün hakim təyinatları açıqlanıb.

QOL.az xəbər verir ki, görüşü Qazaxıstandan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi FİFA referisi Sayatu Karabayev olacaq.

Ona yan xətt hakimləri kimi Yuri Tixonyuk ilə Yevgeni Belski köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Saken Bayımbet yerinə yetirəcək.

Qeyd edək ki, oktyabrın 14-də keçiriləcək Azərbaycan - Şotlandiya matçı saat 19:00-da başlayacaq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью