Millimizin oyununun keçirilməsinə hakim qərar verəcək

21.02.2025

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının UEFA Millətlər Liqası çərçivəsində Monteneqro yığması ilə oyunu qeyri-sabit hava şəraiti ilə əlaqədar öncədən nəzərdə tutulduğu kimi saat 15:00-da başlamayacaq.

"Cebheinfo.az" xəbər verir ki, buna səbəb qarlı hava şəraitidir. 

Matçın baş hakimi vəziyyətə yerində baxış keçirdikdən sonra matçın keçirilib-keçirilməyəcəyi ilə bağlı qərar verəcək.

"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью