Millimizin oyununun yeri və saatı məlum oldu

12.05.2025

Qol.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycanın qadınlardan ibarət yığmasının Millətlər Liqasının qrup mərhələsində Litvaya qarşı keçirəcəyi matçın saatı və yeri müəyyənləşib.

QOL.az xəbər verir ki, oyun mayın 30-da Bakıdakı “Dalğa Arena”da təşkil olunacaq. Görüş saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisi C4 qrupunda mübarizə aparır. Hazırda turnir cədvəlində Monteneqro 5 xalla 1-ci (3 oyun), eyni xala malik Azərbaycan 2-ci (3 oyun), xalı olmayan Litva sə 3-cüdür (2 oyun). Qrupun qalibi B divizionuna yüksələcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью