Millimizin Özbəkistanla oyunlar üçün heyəti

02.02.2026

Icma.az, Qol.az portalına istinadən məlumatı açıqlayır.

Millimizin Özbəkistanla oyunlar üçün heyəti

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin Özbəkistanla yoldaşlıq görüşləri üçün heyəti açıqlanıb.

QOL.az AFFA-nın saytına istinadən xəbər verir ki, təlim-məşq toplanışı məqsədi ilə bu gün Özbəkistana yola düşəcək yığmamız Daşkənddə sözügedən ölkənin müvafiq yaş qruplarından ibaət millisi ilə 2 dəfə (4 və 7 fevral, hər ikisi saat 14:00) qarşılaşacaq.

Komandamızın hazırlıq prosesi üçün heyəti isə aşağıdakı kimidir: 

Nərgiz Ağaliyeva, Bədriyyə Mavludova, Arzu Cəfərova, Yelizaveta Vaysman, Arzu Ağaliyeva, Mədinə Qədiməliyeva (hamısı "Şəfa"), Firuzə Bayramova, Vahidə Əlipaşayeva (ikisi də "Dirçəliş"), Məsumə Nəzərli, Mədinə Curuqova, Ayşən Salamzadə, Xanım Əsədova (hamısı "Neftçi"), Aygün Novruzova, Səma Əsədova (ikisi də "Sabah"), Pərişan Abdullayeva, Aysel Cumayeva (ikisi də "Liman"), Ülviyyə İslamova ("Baku Juniors").

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью