Millimizin qapıçısı: İndi bizə daha çox hörmət göstəriləcək

02.06.2025

Icma.az bildirir, Sportal.az saytına əsaslanaraq.

Minifutbol üzrə Azərbaycan milli komandasının qapıçısı Vəli Qafarov Sportal.az saytına açıqlama verib.

O, Bakıda keçirilən dünya çempionatının finalında Macarıstan yığması üzərində qazanılan qələbəni (4:2) şərh edib.

"Biz evdə dünya çempionu olduq. Bu, heyrətamiz hissdir. Bakıdakı turnir mükəmməl keçdi və xoşdur ki, belə təşkilatçılıqla biz özümüzü itirmədik. Qələbələr xalqımıza yaraşır. Biz dünyanın ən yaxşı komandalarından birinə çevrilmişik. İndi bizə daha çox hörmət göstəriləcək. Bu qələbəni xalqımıza həsr edirik".

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью