Millimizin qapıçısı ölkə xaricində klub axtarır

16.07.2025

Icma.az xəbər verir, sport24.az saytına əsaslanaraq.

Azərbaycan millisinin qapıçısı Yusif İmanov karyerasını ölkəmizdə davam etdirmək istəmir. Sport24.az-ın əldə etdiyi məlumata görə, gənc qolkiper ölkə xaricinə yollanmaq yollanmaq niyyətindədir.
İmanov hazırda özünə klub axtarır. O, bu məqsədlə agentləri də məlumatlandırıb. "Çərçivə qoruyucusu" istəyinə çata bilməsə, Premyer Liqada onun xidmətində maraqlı olan klublar var.
Qeyd edək ki, Yusif İmanov son olaraq "Sabah"da çıxış edib. O, Bakı təmsilçisi ilə müqaviləni birtərəfli qaydada pozub.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью