Millimizin rəqibi bu dəfə heç heçə ilə kifayətləndi

11.09.2026

Icma.az, Fanat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Oktyabrın 16-da Azərbaycan futzal millimizin rəqibi olacaq Çexiya yığması Tbilisi Olimpiya Sarayında növbəti yoldaşlıq oyununu keçirib. 

Fanat.Az xəbər verir ki, Gürcüstan millisi ilə matç 2:2 hesabı ilə başa çatıb. 

Meydan sahibi komanda ardıcıl 2 qol vurub. İkinci hissədə qonaqlar hər iki qolun əvəzini çıxıblar.
Baş məşqçi Marek Kopecki bu futzalçılara güvənib: Spanik (q), Ji.Zapotocki, Rhouila, David Drozd, Knobloç, Zezulka (q), J.Mikuş, Ja.Zapotoçi, Zak, Kuta, Künstner, Kuçta, Seidler, Bişko.

Qeyd edək ki, bu komandalar arasında 2 gün əvvəl baş tutmuş oyunda Çexiya yığması 3:2 hesabı ilə qələbə qazanmışdı.

Abunə Ol

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью