Millimizin rəqibində yeni baş məşqçi İdman və Biz

21.01.2025

Idman.biz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan millisinin rəqibi olan İslandiya yığmasının baş məşqçisi dəyişib.

İdman.biz xəbər verir ki, bunu İslandiya Futbol Federasiyasının mətbuat xidməti açıqlayıb.

Baş məşqçi postuna Arnar Qunnslauqsson təyin edilib. O, Oqe Hareydanı əvəzləyib.

51 yaşlı mütəxəssis yığmaya təyinatına qədər “Vikinqur”u çalışdırıb. O, bu klubla iki dəfə ölkə çempionu, 4 dəfə ölkə kubokunun qalibi olub.

Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan və İslandiya ilə eyni qrupda Ukrayna, həmçinin Fransa – Xorvatiya cütünün qalibi yer alıb.

İdman.biz

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
Читать полностью