Millimizin rəqibləri bəlli olub

26.10.2025

Icma.az bildirir, Apasport portalına istinadən.

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında çıxış edəcək qadın həndbolçulardan ibarət Azərbaycan millisinin rəqibləri müəyyənləşib.

Apasport.az xəbər verir ki, Azərbaycan millisi Qazaxıstan, Pakistan və Qətər yığmaları ilə birgə B qrupunda yarışacaq.

A qrupunda isə Türkiyə, İran , Qvineya və Maldiv adaları yığmaları yer alıb.

İslam Həmrəyliyi Oyunlarında həndbol yarışları noyabrın 13-dən 21-dək keçiriləcək.

Qadın həndbolçulardan ibarət komanda 2017-ci ildə Bakıda təşkil olunan analoji yarışda qızıl, 2022-ci ildə isə Türkiyənin Konya şəhərində keçirilən oyunlarda gümüş medal qazanıb.

Azərbaycan millisinin üzvü əməliyyat olunub "Neftçi" Qəbələ səfərində - YENİLƏNİR Rəşad Sadıqov: "Bu gün vacib 3 xal qazandıq" "Sabah"dan etiraz - VİDEO "Neftçi" Qəbələdə məşqə çıxıb
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью