Millimizin rəqibləri müəyyənləşdi Avropa çempionatı

22.06.2026

Icma.az, Sportal.az portalına istinadən məlumat yayır.

Çimərlik futbolu üzrə Avropa çempionatının seçmə mərhələsinin (EBSL) püşkü atılıb.

Sportal.az xəbər  verir ki, Azərbaycan milli komandasının rəqibləri müəyyənləşib. Millimiz B Liqasının B qrupunda Latviya, İngiltərə və Slovakiya yığmaları ilə mübarizə aparacaq. A qrupunda isə Gürcüstan, Rumıniya, Malta və Norveç komandaları yarışacaqlar. Oyunlar iyulun 15-19-da Gürcüstanın Batumi şəhərində keçiriləcək.

Qrup qalibləri həm B Liqasının ən güclüsünü müəyyənləşdirmək üçün qarşılaşacaqlar, həm də A Liqasına vəsiqə qazanacaqlar.

saytlarin hazirlanmasi
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью