Millimizin rəqibləri müəyyənləşdi İdmanXəbər

06.12.2024

Icma.az bildirir, Idmanxeber.az portalına istinadən.

Bu gün 19 yaşadək qadın futbolçulardan ibarət milli komandalar arasında 2024/2025 mövsümü üzrə Avropa çempionatının ikinci mərhələsinin püşkü atılıb.

İdmanxeber.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

B Liqasının 4-cü qrupunda yer alan U-19 Şimali İrlandiya, Albaniya və Monteneqro yığmaları ilə mübarizə aparacaq.

İkinci mərhələnin oyunları 2025-ci ilin fevral-aprel aralığında keçiriləcək.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью