Millimizin rəqiblərinin Belçika və Kosovo ilə matçlarının vaxtı dəqiqləşdi

06.01.2025

Sportal.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

2026-cı il dünya çempionatının seçmə mərhələsinin D qrupunda Azərbaycan yığmasının rəqibləri olan Ukrayna və İslandiya komandalarının builki ilk oyunlarının tarixləri müəyyənləşib. 

Sportal.az xəbər verir ki, martın 20 və 23-də Ukrayna Millətlər Liqasının pley-off matçlarını Belçika ilə, İslandiya isə eyni tarixlərdə və eyni mərhələdə Kosovo ilə qarşılaşacaq. 

Xatırladaq ki, millimiz sentyabrın 5-də İslandiyaya qarşı, 4 gün sonra isə Ukraynaya qarşı qüvvəsini sınayacaq.

Ukrayna A divizionuna yüksəlmək uğrunda, İslandiya isə B divizionunda qalmaq üçün meydana çıxacaq. 
 

saytlarin hazirlanmasi
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью