Millimizin sabiq baş məşqçisi İngiltərədə kubok QAZANDI

16.03.2025

Unikal.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Vaxtilə basketbol üzrə Azərbaycan millisini çalışdırmış Samit Nuruzadənin rəhbərlik etdiyi “Redinq Rokets” klubu növbəti kubokunu qazanıb.

"Unikal" xəbər verir ki, komanda İngiltərənin birinci divizionunda çıxış edən klublar arasında keçirilən "Kitking Trophy" turnirinin qalibi olub.

“Ridinq Rokets” final görüşündə "Milton Keyns"ə 97:75 hesabı ilə qalib gəlib.

Bu, Nuruzadənin komandasının cari mövsümdə qazandığı ikinci kubok olub. Yanvarda “Ridinq Rokets” İngiltərə Milli Kubokuna sahib çıxıb.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
Читать полностью