Millimizin sabiq futbolçusu Region Liqasında çıxış edəcək | Icma.az
Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır. Azərbaycan millisinin sabiq futbolçusu Budaq Nəsirov karyerasını AFFA Region Liqasın
Redaktor.az-ın məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi "Naftalan" klubuna keçib.
Qeyd edək ki, Budaq Nəsirov son olaraq "Karvan"ın formasını geyinib.
O, daha əvvəl ölkəmizdə "Sumqayıt", "Araz-Naxçıvan", "Kəpəz", "Turan Tovuz" və Portuqaliyada "Sportinq"in əvəzedici komandasında çıxış edib.
Nəsirov 2016-cı ildə Andorra ilə qolsuz bitən yoldaşlıq matçında Azərbaycan yığmasının formasını geyinib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Tam oxu
Xəbəri oxu