Millimizin sabiq futbolçusuna cəza

10.03.2025

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan millisinin sabiq futbolçusu Amit Quluzadə diskvalifikaya edilib.

İdman.biz xəbər verir ki, bu barədə qərarı AFFA-nın İntizam Komitəsi verib.

Hazırda “Qaradağ Lökbatan”ın məşqçisi olan Amit Quluzadə I Liqada XVII turun MOİK-lə səfər görüşündən sonrakı davranışına görə cəzalanıb. O, oyunu bitdikdən sonra hakimin qərarına etiraz etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. Quluzadə ardınca hakimlər otağına daxil olub.

O, buna görə 3 matçlıq cəzalandırılıb. “Qaradağ Lökbatan” 300 manat cərimə edilib.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью