Millimizin sabiq güləşçisi 41 yaşında 4 illik diskvalifikasiya olunub İdman və Biz

12.12.2024

Icma.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünya Güləş Birliyi (UWW) rusiyalı Xizar Durqayevi (125 kq) cəzalandırıb.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin heyətində də çıxış etmiş 41 yaşlı veteran güləşçi antidopinq qaydalarını pozduğu üçün 4 illik diskvalifikasiya olunub.

Bu, onun ilk cəzası deyil. Durqayev eyni səbəbdən millimizin heyətində çıxışı zamanı da yarışlardan kənarlaşdırılıb.

2016-cı ildə karyerasını bitirən sərbəst güləşçi 9 il öncə Azərbaycan çempionu tituluna yiyələnib.

Qeyd edək ki, Durqayev 2006-2007-ci illərdə yığmamızın şərəfini qoruyub.

İdman.biz

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью