Millimizin sabiq üzvü Marselo ilə görüşdü Foto

13.05.2025

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

Azərbaycan millisinin sabiq üzvü Ruslan Əmircanov Madrid “Real”ının akademiyasında təcrübə keçib.

“Qafqazinfo” xəbər verir ki, o, ispan klubunun düşərgəsində madridlilərin əfsanələrindən olan Marselo ilə görüşüb.

R.Əmircanov bu barədə feysbuk hesabında paylaşım edib: “Real Madrid” akademiyasının qonağı oldum. Mənim üçün çox möhtəşəm bir təcrübə idi. U-14 və U-11 komandalarının məşq prosesini izlədim. Uşaqların məşqə yanaşmaları, düşüncələri, məşq zamanı verdikləri qərarlar fərqlidir. Yaşlarının az olmasına baxmayaraq, peşəkarlıqlarını gördüm”.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью