Sportal.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının 2026/2027-ci illər mövsümündə UEFA Avropa çempionatının seçmə mərhələsinin I raundunda iştirak edəcək heyəti müəyyənləşib.
Sportal.az xəbər verir ki, 21 futbolçudan ibarət komandamız noyabrın 9-dan 19-dək Almaniyanın Frankfurt şəhərində olacaq.
Qeyd edək ki, millimiz seçmə mərhələ çərçivəsində noyabrın 11-də Bakı vaxtı ilə saat 14:00-da Almaniya, noyabrın 14-də saat 19:30-da Şimali İrlandiya, noyabrın 17-də saat 14:00-da isə Litva yığması ilə qarşılaşacaq. İlk iki oyun "DFB Kampus"da, sonuncu görüş isə "Nidda-Sportfeld"də keçiriləcək.
Millimizin seçmə mərhələdə iştirak edəcək 21 nəfərlik futbolçu heyətini təqdim edirik: