Millimizin Sloveniyada təlim məşq toplanışı başa çatıb

17.05.2025

Azvision portalından alınan məlumata görə, Icma.az xəbər verir.

AzVision.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, mayın 9-dan Maribor şəhərində baş tutan hazırlıq prosesində komanda Sloveniya seçməsi ilə birgə məşqlər edib. Milli burada ABŞ-ın “Spartans” klubu ilə yoxlama oyunu keçirib və 4:0 hesablı qələbə qazanıb.
Komanda bu gün Sloveniyadan Yunanıstana yola düşüb. Buradakı təlim-məşq toplanışı mayın 24-dək davam edəcək. Millinin sözügedən ölkə də yoxlama oyunları keçirməsi nəzərdə tutulur.
Yığma Qızıl Avropa Liqasında ilk oyunlarını Bakıda keçirəcək. Mayın 30-da və iyunun 1-də baş tutacaq bu görüşlərdə rəqiblər Macarıstan və Sloveniya komandaları olacaq.
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
Читать полностью